Azərbaycanın ən gözəl diyarı ,mən deyərdim dünyanın ən gözəl məkahı Zaqatalaya Allah Təala cox şey bəxş edib.Zaqatalanın münbit torpaqlarinda cürbəcür bitkilər,meyvə-tərəvəzlər yetişr. Bu tərəvəzlərdən ən orqanizmə xeyrlisi balqabaqdır.Balqabaqnın tərkibində coxlu vitaminlər,mineralar var. İnsan orqanizimdə mədə-bağırsağı tənzimləyir və cox xeyirlidir. Balqabaqdan bir sira yeməklər hazırlanır,məsələn: balqabaq supu, balqabaq xəngəli, balqabaq qutabı, balqabaq aşı. Bu yeməklər hər biri cox ləzizdir.Talalıların ən cox sevdiyi yemək balqabaq qutabıdır.Cox dadlı yeməkdir. Hazırlanma qaydası aşağıdakı kimidir.
Balqabaq qutabı QiyməBalqabaqBaş soğanQoz ləpəsi
XəmirUnSuDuz
Yağ
|
Bu növ qutabların hazırlanması ət qutabı ilə eynidir. Balqabaq qabıqdan təmizlənibkub şəklində doğranır. Orta alov üstündə, qapağı örtülü qabda, öz buğunda (bir az su əlavə etmək olar) bişirilir. Balqabaq şirin deyilsə, onda bir az şəkər tozu əlavə edlir. Balqabaq bişdikcə su salır, bundan narahat olmayın. Balqabağı qarışdıraraq püre vəziyyətinə salın, suyun buxarlanması üçün qazanın qapağını açın. Soğanı kvadrat şəklində doğrayın və qızılı rəngədək qızardın, bir qədər duz əlavə edin. Balqabağın suyu çəkiləndən sonra qızarmış soğanı qatın və xırdalanmiı qoz ləpəsi əlavə edin.
Una bir az ilıq su və duz əlavə edib, orta bərklikdə , ancaq ələ də
yapışmayan xəmir yoğurun. Xəmiri yumruq boyda kəsin və kündələyin. Kündələri nazik yayın və dessert boşqabı ölçüsündə dairələr kəsin. Dairənin yarısına nazik layla balqabaq qiyməsi qoyun və aypara şəklində bükün, qıraqlarını bərkidin. Bişəndən sonra üstü nə yağla, bəkməz sürtün. Əbəs yerə biz Talalılara "qabaq yeyən Talalılar" deməyiblər.
|