пятница, 27 мая 2016 г.
среда, 22 июня 2011 г.
Kim sevirsə lobyanı...
Bir kilo lobya,bir baş soğan, üc yumurta,bir qədər yağ,bir qaşıq,duz bir dəstə reyhan. Buda sizə yayın ən ucuz və ən keyfiyyətli yeməyi.Bişirilməsi cox sadə.(tərkibi zövqə görə dəyişə bilər)
Paxlalılar fəsiləsinə aid olan lobyanın tərkibi dəmirlə zəngindir.Dəmir isə insan orqanizmi ücün cox faydalıdır.Lobyadan tək qızartma yox salat,şorba və xəmir xörəyidə bişirmək olar.
Lobya salatı üçün bizə bir neçə diş sarımsaq,sirkə və duz lazım olacaq.Bir qədər lobyanı qaynadıb süzürük,üzərinə bir qədət sirkə,sıxılmış sarımsaq,zövqə görə duz və istiot,göyərti əlavə edilib əzməmək şərti ilə qarışdırılır.Bununlada asan,ancaq vitaminli yay salatımız hazırdı.
Lobya şorbasını isə,quru lobyadan hazırlayırıq.Qax-Zaqatala bölgəsində lobyadan hazırlanan bu şorbaya qurudulmuş ətdə əlavə edilirşQuru əti sevmirsinizsə,şorbanızı adi ətlə,və yaxut ətsizdə hazırlaya bilərsiniz.
Hər bir halda,tərəvəz yeməyi olan lobya həm büdcəmizə uyğundu,həmdə mədəmizə.Ancaq gərək burdadfa qədəri qaçırmayaq.Əks halda bağırsaqlarımıza dolmuş qaz bizi rahatsız edə bilər.Axı bu nazlı tərəvəz həmdə "qazlıdı"...
суббота, 20 ноября 2010 г.
Qış gəldi
Azərbaycanın ən gözəl diyarı ,mən deyərdim dünyanın ən gözəl məkahı Zaqatalaya Allah Təala cox şey bəxş edib.Zaqatalanın münbit torpaqlarinda cürbəcür bitkilər,meyvə-tərəvəzlər yetişr. Bu tərəvəzlərdən ən orqanizmə xeyrlisi balqabaqdır.Balqabaqnın tərkibində coxlu vitaminlər,mineralar var. İnsan orqanizimdə mədə-bağırsağı tənzimləyir və cox xeyirlidir. Balqabaqdan bir sira yeməklər hazırlanır,məsələn: balqabaq supu, balqabaq xəngəli, balqabaq qutabı, balqabaq aşı. Bu yeməklər hər biri cox ləzizdir.Talalıların ən cox sevdiyi yemək balqabaq qutabıdır.Cox dadlı yeməkdir. Hazırlanma qaydası aşağıdakı kimidir.
Balqabaq qutabı |
Bu növ qutabların hazırlanması ət qutabı ilə eynidir. Balqabaq qabıqdan təmizlənibkub şəklində doğranır. Orta alov üstündə, qapağı örtülü qabda, öz buğunda (bir azsu əlavə etmək olar) bişirilir. Balqabaq şirin deyilsə, onda bir az şəkər tozuəlavə edlir. Balqabaq bişdikcə su salır, bundan narahat olmayın. Balqabağıqarışdıraraq püre vəziyyətinə salın, suyun buxarlanması üçün qazanın qapağınıaçın. Soğanı kvadrat şəklində doğrayın və qızılı rəngədək qızardın, bir qədərduz əlavə edin. Balqabağın suyu çəkiləndən sonra qızarmış soğanı qatın vəxırdalanmiı qoz ləpəsi əlavə edin.
|
Подписаться на:
Сообщения (Atom)