Bir kilo lobya,bir baş soğan, üc yumurta,bir qədər yağ,bir qaşıq,duz bir dəstə reyhan. Buda sizə yayın ən ucuz və ən keyfiyyətli yeməyi.Bişirilməsi cox sadə.(tərkibi zövqə görə dəyişə bilər)
Paxlalılar fəsiləsinə aid olan lobyanın tərkibi dəmirlə zəngindir.Dəmir isə insan orqanizmi ücün cox faydalıdır.Lobyadan tək qızartma yox salat,şorba və xəmir xörəyidə bişirmək olar.
Lobya salatı üçün bizə bir neçə diş sarımsaq,sirkə və duz lazım olacaq.Bir qədər lobyanı qaynadıb süzürük,üzərinə bir qədət sirkə,sıxılmış sarımsaq,zövqə görə duz və istiot,göyərti əlavə edilib əzməmək şərti ilə qarışdırılır.Bununlada asan,ancaq vitaminli yay salatımız hazırdı.
Lobya şorbasını isə,quru lobyadan hazırlayırıq.Qax-Zaqatala bölgəsində lobyadan hazırlanan bu şorbaya qurudulmuş ətdə əlavə edilirşQuru əti sevmirsinizsə,şorbanızı adi ətlə,və yaxut ətsizdə hazırlaya bilərsiniz.
Hər bir halda,tərəvəz yeməyi olan lobya həm büdcəmizə uyğundu,həmdə mədəmizə.Ancaq gərək burdadfa qədəri qaçırmayaq.Əks halda bağırsaqlarımıza dolmuş qaz bizi rahatsız edə bilər.Axı bu nazlı tərəvəz həmdə "qazlıdı"...
Комментариев нет:
Отправить комментарий